Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə rayon ərazisindəki kafelərin birində Bakı şəhər sakini E.Mikayılovun çantasından 7000 manatının oğurlanması barədə müraciət daxil olub.
DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini C.Həsənov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.