Yevlax şəhəri ərazisində dayanma-durma qaydalarını pozan yük avtomobilinin sürücüsü cərimələnib.
"Unikal"ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, sürücüyə 20 manat məbləğində cərimə tətbiq olunub.
Maraqlısı budur ki, inzibati xəta elektron formada tətbiq olunarkən yük avtomobilinin içərisində bir nəfər yatırmış.
Elektron sistemdə cərimənin şəkilləri yüklənərkən həmin şəxsin yatdığı yerdə fotosu da əlavə olunub.
Murad İbrahimli