İyulun 18-də Avropa Komissiyanın sədri Ursula von der Leyen və Aİ-nin enerji üzrə komissarı Kadri Simson Azərbaycana səfər edəcəklər.
"Unikal" Avropa Komissiyasına istinadən xəbər verir ki, Rusiya enerji təchizatından silah kimi istifadəyə davam etdiyi bir şəraitdə enerji idxalının şaxələndirilməsi Aİ üçün əsas prioritetdir.
“Cənub Qaz Dəhlizi Aİ-nin, xüsusən də Cənub-Şərqi Avropanın təbii qaz təchizatında əsas rol oynayır. Aİ və Azərbaycan eyni zamanda, təmiz enerji və enerji səmərəliliyi üzrə uzunmüddətli tərəfdaşlıq qurmaq üçün birlikdə işləyirlər, çünki hər iki tərəf “yaşıl keçidi” və Paris Sazişinin məqsədlərini reallaşdırır. Aİ və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, investisiya, ticarət və vətəndaş cəmiyyətinin potensialından tam istifadə də daxil olmaqla, geniş spektrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək yeni hərtərəfli saziş üzrə danışıqlar aparır. Prezident von der Leyen və komissar Simson Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəklər. Görüşdən sonra Prezident von der Leyen Prezident İlham Əliyevlə birgə mətbuat konfransı keçirəcək. Komissar Simson daha sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazovla birgə Aİ-Azərbaycan enerji dialoqunda iştirak edəcək”, - qeyd olunub.