Sumqayıtda bir nəfər dənizdə batıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.