Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla səyyar görüşlərini davam etdirir.
"Unikal" xəbər verir ki, Gəncə Tibb Kollecində baş tutan səyyar görüşdə ətraf ərazidə yaşayan sakinlər iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Kəpəz və Nizami İcra Hakimiyyətlərinin başçıları Eldəniz Xudiyev və Nizami Hacıyev, Millət vəkili Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, idarə, müəssisə və təşkilat rəhbərləri ilə birlikdə sakinlərin şikayət və təklifərini dinləyib.
“Açıq mikrofon” şəraitində keçən görüşdə sakinlər onları narahat edən məsələləri dilə gətiriblər. Müraciətlər arasında bir sıra küçələrdə asfalt örtüyünün yenilənməsi, bəzi ərazilərə içməli su xətlərinin çəkilişi, işlə təminat və digər məsələlər üstünlük təşkil edib.
Bir çox müraciət yerindəcə öz həllini tapıb, bir sıra məsələlələ bağlı sakinlərə müvafiq izahat verilib, digərləri isə araşdırılaraq qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata götürülüb.