Bu gün Azərbaycan Dillər Universitetində (ADU) məzunlara diplomların təqdim edilməsi mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, qonaqlar və tələbələr qarşısında çıxış edən universitetin rektoru Kamal Abdulla məzunları təbrik edib, onlara karyeralarında uğurlar arzulayıb.

K.Abdulla qeyd edib ki, universitet hər zaman tələbə və məzunlarının yanındadır, onların həyat yollarında onlara köməklik göstərir.

Daha sonra Milli Məclisin deputatları, Meksika, Kolumbiya, Çin, Hindistan və digər ölkələrin səfirləri təhsildə yüksək nəticələr göstərmiş tələbələrə diplom və fəxri fərmanlar təqdim ediblər.

Fotolar: Ayxan Məlikov