Tovuzda yanğın hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Elbrus Həsənova məxsus avtomobil təmiri sexində anidən yanğın olub. Dərhal hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı təmir sexində olan "Mercedes" markalı mikroavtobus və "Renault Megane" avtomobil yanıb.Təmir sexinin qalan hissəsi yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.