Kənd təsərrüfatı naziri İnam Kərimovun iyulun 19-da Tərtər rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi iyulun 23-nə dəyişdirilib.
"Unikal" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazir saat 09:00-da Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Tərtər və Bərdə rayonlarından olan vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Tərtər (050-3526501) və Bərdə (050-3179360) DAİM-lərə müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.