Yevlaxda qadın zəhərlənərək ölüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Meyvəli kəndində baş verib. Belə ki, ata evinə qonaq gələn iki uşaq anası 1995-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Əhmədova Sayad Əyyub qızı naməlum səbəbdən sirkə turşusundan zəhərlənib.

Qadın dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov