Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyası keçirilib.
"Unikal" xəbər verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilib.
Məsələnin müzakirəsi zamanı qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsində 28 milyon 480 min manat məbləğində artım proqnozlaşdırıldığından Naxçıvan Muxtar Respublikasının 2022-ci il dövlət büdcəsində dəyişikliklər edilməlidir.
Büdcəyə edilən dəyişikliklər barədə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev məlumat verib, daha sonra qanun səsə qoyularaq qəbul olunub.