İran Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter"də yazıb.
"İran regionda davamlı sülh, sabitlik və təhlükəsizliyə aparan istənilən prosesi, təşəbbüsü dəstəkləyir. İkitərəfli danışıqlar və regiondaxili dialoqlar ("3+3" mexanizmi, İran-Rusiya-Türkiyə, Azərbaycan-Ermənistan-Gürcüstan) Cənubi Qafqazda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün ən yaxşı yoldur", - deyə səfir bildirib.