"Fiat" markalı xidməti avtomobilin çaya düşməsi nəticəsində boğulan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədovun meyiti tapılıb.

"Unikal"-ın məlumatına görə, meyit adiyyatı üzrə təhvil verilib.

xxx

10:31

Yevlaxda polis maşını Kür çayına düşüb.

"Unikal"ın məlumatına görə, hadisə Kür çayı üzərində yerləşən köhnə körpü üzərində baş verib. Xidmət yerinə gedən polis maşını idarəetmədən çıxaraq körpüdən Kür çayına düşüb. Qəza zamanı maşında 4 polis əməkdaşı olub. 1996-cı il təvəllüdlü Əsədov Süleyman Təyyar oğlu, 1997-ci il təvəllüdlü Həsənov Səfər Tariyel oğlu və 2001-ci il təvəllüdlü Elgün Mehmanoğlu batan maşından sağ qurtularaq sahilə çıxarılıb. 1996-cı il təvəllüdlü Məmmədov Kamran Azər oğlu isə çayda batıb. Onun axtarışlarına hazırda dalğıc axtarış qrupu cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

xxx 

09:31

Bu gün səhər saatlarında Yevlax rayonu ərazisində ölümlə nəticələnən qəza baş verib.

"Unikal" xəbər verir ki, qəza nəticəsində Yevlax Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Kamran Məmmədov aldığı xəsarətlərdən ölüb. K. Məmmədov  təlimə gedərkən  qəzaya düşüb.

Faktla bağlı araşdırma aparılır.