Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.
Bu barədə "Unikal"-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanmış, hadisənin şahidi olmuş şəxslərin izahatları alınmış, məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcəkdir.