Bakıda 67 yaşlı kişinin meyiti aşkarlanıb.
"Unikal" bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.