Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.
"Unikal" xəbər verir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi yaxınlığında dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazi) batan 1990-cı il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və 2015-ci il təvəllüdlü Kərimov Nicat Əlvan oğlunun axtarışları başa çatıb.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində F.Kərimovanın meyiti dənizdə tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. N.Kərimovun meyiti sahildə aşkar olunub.
20:35
Sumqayıtda iki nəfər dənizdə boğulub.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 6 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.