Bakının Xəzər rayonunda birmərtəbəli ev yanıb.

"Unikal" xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, aeroport şossesində yerləşən fərdi yaşayış evində alovlanma başlayıb.

Əraziyə FHN-in üç texnikası və canlı briqadası cəlb edilib.

Alovun digər evlərə keçməsinin qarşısı alınıb.