Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Bəydili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1968-ci il təvəllüdlü Qasımov Azad Məhərrəm oğlu evə gedərkən traktor onu vurub. Hadisə nəticəsində A.Qasımov aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparlır.