Kapital Bank-ın aktivləri 1 iyul 2022-ci il tarixinə 7,6 milyard manat təşkil edib.
"Unikal" xəbər verir ki, müştərilərə verilən kreditlərin həcmi isə 3,1 milyard manat olub. Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2022-ci il tarixinə 6,1 milyard manat olub.
Bankın 1 iyul 2022-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 628 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.