Şuşada yaşayanlar üçün tibb xidmətlərin göstərilməsində heç bir problem yoxdur. Onların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir.
"Unikal" xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.
O qeyd edib ki, Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlərimiz tərəfindən tibbi xidmət göstərilir:
"Onlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə, Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər".
Anar Kəlbiyev