Türkiyə son illərdə terror hücumlarından sarsılan paytaxtını gələn ay orada keçirilməsi planlaşdırılan Şimali Atlantika Alyansının zirvə görüşündən əvvəl raketdən müdafiə və qırıcı təyyarələrlə qorunan əsl qalaya çevirəcək.
"Unikal" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
7-8 iyul tarixlərində keçirilməsi planlaşdırılan NATO liderlərinin görüşü zamanı hakimiyyət orqanları yerli qısa və orta mənzilli raketdən müdafiə sistemlərini işə salmağı və F-16 qırıcı donanmasını yüksək hazırlıq vəziyyətinə gətirməyi planlaşdırır.
Məlumata görə, Ankara və ətraf ərazilərdə pilotsuz uçuş aparatları və dron əleyhinə sistemlər, 40 mindən çox təhlükəsizlik işçisi yerləşdiriləcək.



























.jpg)




.jpg)





















