Günəşdə nadir təbiət hadisəsi — "qara partlayış" qeydə alınıb. 

"Unikal" xəbər verir ki, alimlərin fikrincə, güclü bir partlayış ulduzun səthinin üstündən neytral hidrogen qazı buludu püskürüb.

Bu, bölgənin müvəqqəti olaraq qaralmasına səbəb olub: bu vəziyyətdə olan material isti günəş atmosferindən radiasiyanı çətinliklə ötürür və qaranlıq partlayış effekti yaradır.