Şəki şəhərində ümumi sahəsi 64 m² olan birmərtəbəli kafenin manqalxanasının yanar konstruksiyaları 4 m² sahədə yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.