“Azərbaycan koronavirusun yeni dalğasının başlanğıcındadır”.
"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, yaxın vaxtlarda yoluxma hallarında xeyli artım olacaq: “Hər birimiz müəyyən mənada risk qarşısındayıq. Xəstliyin çox yayıldığı dövrlərdə pandemiya davranışı formalaşmışdı. Hər kəs öz risklərini müəyyənləşdirirdi. Qoruyucu tədbirlər hələ də öz qüvvəsindədir. Bir qədər arxayınlaşmışıq. Bu dalğa da uzun müddətli olmayacaq. Burada söhbət bir neçə həftələrdən gedir. Yaxınlarımızı qoruyaraq. Qoruyucu tədbirlərə əməl etməklə pik dövrü rahat keçirək”.