Bu gün bir qrup şəxsin razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərmələrinin qarşısı polis əməkdaşları tərəfindən alınarkən Salyan rayon sakini, hazırda Bakı şəhərində yaşayan 1993-cü il təvəllüdlü Məmiyev Əziz İltifat oğlu polis əməkdaşlarının qanuni tələbinə riayət etməyərək onlara qarşı müqavimət göstərib.
Bu barədə "Unikal"a DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat verib. O bildirib ki, Ə.Məmiyev saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmənin qərarı ilə Ə.Məmiyev inzibati qaydada həbs edilmişdir.