2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 1057 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 262 ədəd çox minik avtomobili istehsal olunub.
"Unikal" xəbər verir ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2022-ci ilin yanvar-iyun aylarında 260,2 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 2,6 dəfə, maşın və avadanlıqların istehsalı isə 48,7 faiz artıb.
Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 12,5 faiz azalıb.