Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti bu gün ölkəmizin mədəniyyət paytaxtı Şuşada oldular.
"Unikal" xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova ilə birlikdə qonaqlar öncə Füzulidə Merdinli Məscidini ziyarət edərək, məscidin erməni qəsbkarları tərəfindən viran edilməsinin əyani şahidi olublar.
Daha sonra bütün müasir və beynəlxalq standartlara cavab verən Füzuli Beynəlxalq Hava Limanı ilə yaxından tanışlıq olub.
Səfər nümayəndə heyətinin Şuşa şəhərinin tarixi və gələcək inkişaf planları ilə tanış olması ilə davam edib. Eyni zamanda Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün heykəlləri, Bülbülün ev-muzeyi, ermənilər tərəfindən dağıdılmış digər mədəniyyət abidələri və Cıdır düzü ziyarət edilib.
Cıdır düzünü ziyarət edən qonaqlar füsunkar mənzərəyə malik Şuşada olmaqdan son dərəcə məmnun olduqlarını bildiriblər. Səfər müddətində Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və tikinti işlərinin sürət və keyfiyyətini xüsusi olaraq vurğulayıblar.
Həmçinin Ədalət və Azadlıq uğrunda Vətən müharibəsində şəhid olmuş qəhrəmanların xatirəsini minnətdarlıq hissi ilə yad ediblər.
**09:53
Azərbaycanda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanıkın başçılıq etdiyi nümayəndə heyəti Şuşaya gedib.
"Unikal" xəbər verir ki, səfərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı da iştirak edir.