Bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bu barədə "Unikal"a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar.