Hesablama Palatasının 2022-ci ilin İş Planında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərin istifadəsi üzrə 4 audit nəzərdə tutulub.
"Unikal" xəbər verir ki, bu, Palatanın 2022-ci ilin altı ayı üzrə fəaliyyətinə dair məlumatında qeyd olunub.
Bildirilib ki, hesabat dövründə onlardan 3-nün keçirilməsi ilə bağlı Kollegiya tərəfindən qərar qəbul edilib, ilk 6 ayda 2-si başa çatdırılıb.
Digər tədbirin 3-cü rübün sonunda başlanılması nəzərdə tutulur.