Bakı şəhərində keçirilən "Açıq mikrofon" aksiyası bu dəfə də Xətai rayon sakinlərinin ixtiyarına verilib.
"Unikal" xəbər verir ki, sakinlərin şikayət və təkliflərini dinləyən Birlik nümayəndələri onların problemlərini qeydiyyata alıblar. Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev bütün müraciətlərin ən qısa zamanda aradan qaldırılması üçün aidiyyatı üzrə göstəriş veriləcəyini bildirib.
Tədbirdə səsləndirilən problemlərin çoxunun dərhal aradan qaldırılması və abonentlərin məmnunluğunun təmin olunmasına çalışılıb. Sonda məhsuldar aksiyaya görə vətəndaşlar "Azəriqaz" İB-nin rəhbərliyinə təşəkkür ediblər.