Ötən illə müqayisədə orduda olan cinayət hadisələri azalıb.
"Unikal" xəbər verir ki, bunu Hərbi Prokurorluğundan 2022-ci ilin birinci yarımilliyin yekunlarına dair kollegiya iclasda Hərbi prokuror Xanlar Əliyev deyib.
O bildirib ki, 2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz azalıb:
“Maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 25 faiz azalmasa müşahidə olunur”.