İstehlakçılar tərəfindən sevilən “Final” yağları növbəti aksiyasını həyata keçirir.
"Unikal" xəbər verir ki, adıçəkilən marka “Bizim evdə “Final” var” şüarı ilə məşhur aparıcı Zaur Baxşəliyevin iştirakı ilə bölgələrimizi ziyarət edir, vətənimizin gözəl yerlərini qarış-qarış gəzərək, təsadüfi bir evin qapısını döyüb, qonaqpərvər bir ailənin qonağı olurlar.
Qapısını “Final” yağ ailəsinə açanların evinə təbii ki əliboş gəlmək olmaz. #bizimevdəfinalvar deyən hər kəs üçün hədiyyələr nəzərdə tutulub.
Bu kampaniya müddətində hər həftə məmləkətimizin fərqli bölgələrinə gedilərək, evlərində “Final” yağı olan hər kəsə müxtəlif hədiyyələr veriləcək. İlk səfərki istiqamətləri Quba, Qusar, Şamaxı və İsmayıllı oldu. Qapısını açan, evində Final olan hər kəsə hədiyyələr təqdim edildi.
Quba ilə başlayan bu səyahət 27, 28 iyul tarixlərində Masallı, Lənkəran və Astarada sonra isə digər bölgələrdə davam edəcək.
Nə qədər çox “Final” yağı, bir o qədər də böyük hədiyyə! Sizin qapınızı döyüb, qonağınız olsalar siz də #bizimevdəfinalvar deyin!