Mingəçevirdə yanğın hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə hadisə İsmət Qayıbov küçəsində yerləşən kafedə qeydə alınıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları briqadası yanğını lokallaşdırıb.

Hadisə zamanı obyekt boş olduğundan xəsarət alan olmayıb.

Ehtiram Muradov