Bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.
Bu barədə "Unikal"a DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.
Onun sözlərinə görə, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər müəyyən olunublar.
"Həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir", - DİN rəsmisi əlavə edib.