Sahibkarların problemlərinə həssaslıqla yanaşan SOCAR "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev onların müraciətlərinin araşdırılması üçün bu gün Nizami rayonunda "Açıq mikrofon” aksiyasının keçirilməsinə göstəriş verib.
"Unikal" xəbər verir ki, aksiyada Birliyin İdarəetmə Aparatını təmsil edən İbrahim Kərbalayev, eləcə də Nizami qaz xidmət sahəsinin əməkdaşları sahibkarları dinləyib, onların ərizələrini qəbul ediblər.
Görüşdə İbrahim Kərbalayev sahibkarlığın inkişafına dəstək məqsədi ilə Birlik tərəfindən daim intensiv işlərin görüldüyünü bildirib.
O, sahibkarlıq subyektlərinin qaz təchizatının daim diqqət mərkəzində saxlanıldığını, hətta onlara yaranmış debitor borclarla bağlı əlavə vaxt verildiyini qeyd edib. Tədbirdə öz təkliflərini və fikirlərini səsləndirən sahibkarlar keçirilən aksiyaya və onlara göstərilən diqqətə görə Birlik əməkdaşlarına təşəkkürlərini bildiriblər.