22 iyul 2022-ci il tarixdə saat 17:30 radələrində Lənkəran şəhərinin Tükəvilə kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1982-ci il təvəllüdlü İbrahimova Fəxriyyə Söhbət qızının axtarışlarının aparılması üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müraciət daxil olub.

"Unikal" xəbər verir ki, müraciətlə əlaqədar FHN-nin müvafiq strukturları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.