Ötən il Qubadlıda minaya düşən İsmayıllı rayon sakini Nurəddin Əzizlinin toyu olub.

"Unikal"ın məlumatına görə, toy mərasimi İsmayıllı rayonunda baş tutub. Onun toyunda çox sayda Vətən müharibəsi qazisi iştirak edib.

Qeyd edək ki, N.Əzizli 27 fevral 2021-ci ildə Qubadlı rayonunda minaya düşüb, nəticədə sağ ayağını dizdən aşağı itirib, sol ayağı isə qəlpə yarası alıb. Daha sonra o protezlə təmin olunub.

Murad İbrahimli