Zəngilanın işğaldan azad olunmuş Ağalı kəndində əhalinin məskunlaşdırılması davam edir. Son üç gündə kəndə 20 ailə köçürülüb.
"Unikal" yenisabah-a istinadən xəbər verir ki, köç prosesi bədbəxt hadisə ilə müşahidə olunub. Belə ki, Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürək tutmasından vəfat edib. K.Sultanovanın 57 yaşı olub.
O, doğma kənddə torpağa tapşırılıb.