Bir neçə gündür İsrailin Azərbaycandakı səfiri Corc Dikin "Təbrizin sehirli nağılları" kitabı ilə çəkdirdiyi şəkil trendə çevrilib.
"Unikal"ın məlumatına görə, bir çox şəxslər bu kitabla foto çəkdirərək sosial şəbəkə hesabında paylaşır.
İnsanların marağına səbəb olan kitabın qiymətincə gəlincə, Bakı Kitab Mərkəzinin saytında (Baku Book Center) onun qiyməti 70 manatdır.
Qeyd edək ki, İsrailin Azərbaycandakı səfiri Corc Dik Təbrizdə Azərbaycan tarixi və mədəniyyətini öyrənməsilə bağlı "Twitter"də paylaşım edib.
“Bu yaxınlarda mənə hədiyyə edilən bu möhtəşəm kitabdan Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, bu günlərdə nə oxuyursunuz?”, - deyə səfir paylaşımında bildirib. Səfirin bu tviti sosial şəbəkədə maraqla qarşılanıb.
Anar Kəlbiyev