Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan "Unikal"a verilən məlumata görə, iyulun 18-dən 24-dək 184 piyada əleyhinə mina, 11 tank əleyhinə mina və 181 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 953 hektar ərazi mina və PHS-lərdən təmizlənib.