Məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına dair portal yaradılacaq.
"Unikal" xəbər verir ki, bunu DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərov deyib.
Onun sözlərinə görə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib və həmin mənzillərin satışından əldə edilən vəsait hesabında regionlarda mənzilə ehtiyacı olan şəxslər üçün evlər tikiləcək.