Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Elvin Nazim oğlu Paşayev Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"Unikal"ın məlumatına görə, Elvin Paşayev 27 iyul 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetində Regionşünaslıq ixtisası üzrə təhsil alıb.

İcra başçısı təyin edilənədək Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini - İnsan resursları şöbəsinin müdiri vəzifəsində işləyib. Bundan əvvəl isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində çalışıb. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının doktorantıdır.

Qeyd edək ki, onun qardaşı Cavid Paşayev bir neçə gün əvvəl “Yeni klinika” tibb müəssisəsinə baş həkim təyin olunub.

Anar Kəlbiyev