Ukrayna prezidenti Volodimir Zelenski Ruslan Demçenkonu Milli Təhlükəsizlik və Müdafiə Şurası (MDŞ) katibinin birinci müavini vəzifəsindən azad edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncam Ukrayna Prezident Aparatının saytında dərc olunub.
“Ruslan Mixayloviç Demçenko Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin birinci müavini vəzifəsindən azad edilsin”, - bəyanətdə deyilir.
Bildirək ki, Ruslan Demçenko Ukraynanın fövqəladə və səlahiyyətli səfiridir. Ukrayna xarici işlər nazirinin birinci müavini, Ukraynanın Serbiya və Monteneqrodakı səfiri, Ukraynanın İstanbuldakı baş konsulu vəzifələrində çalışıb. 2020-ci il iyunun 16-da Milli Təhlükəsizlik Şurası katibinin birinci müavini vəzifəsinə təyin edilib.
Demçenko karyerası ərzində həm də Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonun ofisinə rəhbərlik edib (2006-2010). 1990-cı illərin sonunda o, Prezident Leonid Kuçmanın Administrasiyası rəhbərinin müavini vəzifəsini tutub.
Gülayə Mecid