Azərbaycanda istilik enerjisindən istifadə qaydaları hazırlanacaq.
"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Elektroenergetika haqqında” qanuna dəyişikliyin tətbiqi barədə fərmanında əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti “Elektroenergetika haqqında” qanuna uyğun olaraq istilik enerjisindən istifadə qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməlidir.