Bazar ertəsi səhər Kanadanın Britaniya Kolumbiyası ştatının Lenqli şəhərində naməlum şəxs evsizlərə atəş açıb. Bir neçə nəfər ölüb, lakin qurbanların dəqiq sayı verilmir.

"Unikal" CBC telekanalına istinadən xəbər verir ki, polis şübhəli şəxsi saxlayıb.

Hüquq-mühafizə orqanları onun şəriklərinin olub-olmadığını və ya təkbaşına hərəkət edib-etmədiyini yoxlayır.