Prezident Qəbələyə gedib
14:30 28-02-2013
SİYASƏT
Azərbaycan prezidenti İlham Əliyev fevralın 28-də Qəbələ rayonuna səfər edib.
APA-nın məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Sonra prezident Bum qəsəbəsində atıcılıq klubunun inşası başa çatdırılan birinci mərhələsinin açılışında iştirak edib.
Prezident İ. Əliyev idman silahı ilə uçan hədəflərə bir neçə sərrast atəş açıb.
Qeyd edilib ki, klubda atıcılıq idmanın daha çox yayılan və Olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılıb. Klubun ərazisində Olimpiya yarışlarında bütün texniki invertarlarla təchiz olunan sahə də yaradılıb. 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılıb. Burada uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılıb. Ümumilikdə 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz meydança inşa edilib.
Diqqətə çatdırılıb ki, ümumilikdə növbəti mərhələdə görüləcək işlər nəticəsində klubun ərazisində 45 atıcılıq yeri üçün 50 və 25 metrlik, 30 atıcılıq yeri üçün 10 metrlik tirlər, səkkiz dairəvi səngər, yeddi meydança, 25-50 metr məsafələrdə ox atmaq üçün sahə, elektromobilləri yükləmək və saxlamaq üçün otaq və sahə, istirahət məkanları tam şəkildə istifadəyə veriləcək.
Prezident klubun inşası başa çatdırılan birinci mərhələsində görülən işlərdən razılığını bildirib, sonrakı mərhələdə həyata keçiriləcək tədbirlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53