Bu gün səhər saat 8 radələrində Tərtər rayonunda yaşayan İlqar Vəliyev Tərtər Rayon İcra Hakimiyyətinin qarşısına gəlib və orada özünü yandıraraq intihara cəhd edib.
Hadisə ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov "Unikal"a açıqlama verib:
"Həmin şəxsin qızı analıq məzuniyyətinə çıxıb. 5 aydır ki, məzuniyyət pulunu ala bilmir. Buna görə də icra hakimiyyətinə gəlir. Mən onu həmişə qəbul etmişəm", - deyə icra başçısı bildirib.
Murad İbrahimli
***
Vətəndaş Tərtər Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib.
"Unikal" Oxu.Az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında rayon sakini İlqar Vəliyev özünü yandırmağa çalışıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, bu gün səhər saat 8 radələrində Tərtər rayonunda yaşayan İlqar Vəliyev şəhər ərazisində özünü yandırmağa cəhd göstərib:
“Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Araşdırma aparılır”.