İyulun 28-dən etibarən Rusiyanın “Utair” aviaşirkəti Samara-Bakı reysi üzrə uçuşlara başlayacaq.
"Unikal" xəbər verir ki, uçuşlar cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Biletin qiyməti 7 560 rubldan (213 manatdan) başlayır.
“Utair”in prezidenti Oleq Semenovun sözlərinə görə, şirkət region sakinlərinin müraciəti əsasında yeni istiqamətlər açmağı planlaşdırır.
“Biz daha bir beynəlxalq reys açırıq, əminik ki, buna tələbat olacaq”, - Oleq Semenov qeyd edib.
Xatırladaq ki, hazırda Samara-Bakı marşrutu üzrə uçuşlar “İrAvia” aviaşirkəti tərəfindən həyata keçirilir.