İndiyədək Sahibkarlığın İnkişafı Fondu tərəfindən 41 mindən çox layihə maliyyələşdirilib. Layihələrin 90,7%-i kənd təsərrüfatı məhsullarının istehsalını əhatə edib və bu məqsədlə 1,4 mlrd. manat vəsait ayrılıb.
"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter səhifəsində yazıb.
"Şamaxı rayonunda heyvandarlıqla məşğul olan sahibkar Tamilla Vəliyeva-Rabbath öz təsərrüfatını genişləndirmək məqsədilə 2021-ci ildə Fonddan 300 min manat güzəştli kredit əldə edib", - nazir qeyd edib.