İspaniyanın "Barselona" futbol klubu fransalı müdafiəçi Jül Kundenin transferi ilə bağlı "Sevilya" ilə razılığa gəlib.

"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib.

Rəsmi olaraq futbolçu ilə müqavilənin imzalanması tibbi müayinədən keçdikdən sonra açıqlanacaq.

Bu yay həmçinin yarımmüdafiəçi Frank Kessye və müdafiəçi Andreas Kristensen azad agent qismində, İngiltərənin "Lids" komandasından yarımmüdafiəçi Rafinya və Almaniyanın "Bavariya" klubunda Robert Levandovski kluba qoşulublar.