"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstan "Ferenstvaroş"una qarşı keçirəcəyi oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.
Bu barədə "Unikal" UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Qeyd olunub ki, VAR sistemi ilk dəfə III təsnifat mərhələsinin matçlarında tətbiq olunacaq.
Avropa futbol qurumu VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.
"Qarabağ" "Ferenstvaroş"a qarşı ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.